Modern.az

İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma

İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma

Dünya

15 İyun 2024, 14:18

İranın şimal-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonu sərhəd bölgəsində İran Sərhəd Mühafizə Xidmətinin əməkdaşları terror qruplaşmasının üzvləri arasında silahlı insident baş verib.

 

Modern.az-ın məlumatına ögrə, bunu İranın Sərhəd Mühafizə Xidmətinin komandanı, general Əhməd Əli Qudərzi deyib.

 

Onun sözlərinə görə, terror qruplaşmasının üzvləri ölkəyə daxil olaraq təxribat törətmək niyyətində olublar.

 

Qudərzi deyib ki, silahlı insident nəticəsində terror qruplaşmasının bir neçə üzvü yaralanıb və onlar geri çəkiliblər.

 

İranlı rəsmi qeyd edib ki, terrorçular geri çəkilərkən çoxlu miqdarda partlayıcı maddə, elektron vasitələr və sairə götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti