Modern.az

Türkiyə Milli Müdafiə Nazirliyindən 15 İyun PAYLAŞIMI 

Türkiyə Milli Müdafiə Nazirliyindən 15 İyun PAYLAŞIMI 

Dünya

15 İyun 2024, 19:43

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Modern.az xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik...Bizim sözümüz birdir...Bizim gücümüz birdir”.

 

Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var