Modern.az

Yaponiyadan Çinə sanksiya XƏBƏRDARLIĞI

Yaponiyadan Çinə sanksiya XƏBƏRDARLIĞI

16 İyun 2024, 09:23

Yaponiya Çinə sanksiyalar tətbiq edə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida İsveçrədə keçirilən G7 sammitinin yekunları üzrə bildirib.

 

Kişida deyib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Çinə qarşı yeni sanksiyalar tətbiq oluna bilər. "Yaponiya üçüncü ölkələrdə, o cümlədən Çində yerləşən təşkilatlara qarşı yeni sanksiyalar paketinin tətbiqi imkanlarını öyrənir", - Baş nazir qeyd edib.

 

Məhdudlaşdırıcı tədbirlər Moskvaya Qərb sanksiyalarından yan keçməyə kömək edən şirkətlər üçün təsiredici olmalıdır.

 

Xatırladaq ki, iyunun 2-də Ukraynanın müdafiə naziri Rustem Umerov 2022-ci ilin fevralından Yaponiyanın Ukraynaya 7 milyard dollar yardım etdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var