Modern.az

Türkiyədə 5 nəfəri öldürən suriyalı intihar etdi

Türkiyədə 5 nəfəri öldürən suriyalı intihar etdi

16 İyun 2024, 10:56

Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib.

 

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.

 

İddiaya görə, psixoloji problemləri olan H. Mustafa adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, sonra isə evdə dörd nəfəri tapança ilə güllələyərək öldürüb.

 

İki nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis tərəfindən təqib edilən H. Mustafa baş nahiyəsinə atəş açaraq intihar edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu