Modern.az

İsraildən \"Hizbullah\" obyektlərinə zərbələr

İsraildən \

16 İyun 2024, 14:13

İsrail qırıcıları Livanın "Hizbullah" hərəkatının hərbi qurğularına və obyektlərinə zərbələr endiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

 

"Bir qədər əvvəl qırıcılar “Hizbullah”ın Aytarun ərazisindəki terror obyektlərinə, o cümlədən silah anbarına və hərbi qurğulara zərbələr endirdilər", - açıqlamada deyilir.

 

“Bundan əlavə, "Hizbullah"ın Çixin rayonundakı terror infrastrukturu, eləcə də Livanın cənubundakı Ayta-eş-Şab ərazisindəki hərbi obyekti də zərbələrə məruz qalıb", - mətbuat xidmətindən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var