Modern.az

Xovayev Tehranda: Ermənistan-Azərbaycan məsələsi müzakirə olundu

Xovayev Tehranda: Ermənistan-Azərbaycan məsələsi müzakirə olundu

16 İyun 2024, 23:43

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Tehranda səfərdədir.

 

Modern.az xəbər verir ki, o, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə Qafqaz regionundakı son prosesləri müzakirə edib.

 

İran Xarici İşlər Nazirliyi bildirib ki, görüş zaman Baqeri mühüm regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin uyğunluğunu qeyd edərək Qafqaz regionunu hər iki ölkə üçün milli maraq və təhlükəsizlik sahəsi kimi qeyd edib və bu sahədə ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb.

 

O, regional məsələlərin həlli, regional əməkdaşlığın və yaxınlaşmanın genişləndirilməsi, Qafqaz regionunda ölkələrin təhlükəsizliyi, sabitliyi və kollektiv maraqlarının təmin edilməsi üçün 3+3 strukturu kimi regional mexanizmlərdən maksimum istifadənin vacibliyini vurğulayıb.

 

Məlumata görə, Xovayev Rusiyanın Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində diplomatik səyləri barədə məruzə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var