Modern.az

"Gələcək nəsillərə ekoloji təmiz ölkə ötürmək niyyətindəyik"

Dünya

17 İyun 2024, 23:13

Türkiyə səlahiyyətliləri gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün ətraf mühitin mühafizəsinə dair tədbirləri davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar sosial şəbəkələrdə dərc olunmuş paylaşımında deyilir.

 

Türkiyə lideri bildirib ki, təkcə son 21 ildə ölkədə 7 milyard ting əkilib.

 

“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib.

 

Bu arada Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyində bildirilib ki, torpaq eroziyasına qarşı mübarizə ilə bağlı səylər təkcə ölkə ərazisini əhatə etmir, həm də beynəlxalq təcrübə mübadiləsi aparılır. Son illər türkiyəli ekspertlər tərəfindən dünyanın 108 ölkəsindən 1170 ekspert və aqronomun iştirakı ilə kurslar təşkil olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var