Modern.az

İrəvanda Rusiya bayrağı söküldü - Gerbi sındırıldı

İrəvanda Rusiya bayrağı söküldü - Gerbi sındırıldı

Dünya

18 İyun 2024, 17:54

Ermənistanın paytaxtı İrəvanda yerləşən Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiyanın bayrağını cırıb, gerbini sındırıblar.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, paytaxt meriyasından bildirilib ki, onlar baş verənlərə görə məsuliyyət daşımır və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.

 

Şəhər rəhbərliyi hadisəni aydınlaşdıracağını bildirib.

 

“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını bir qrup rusofob cırıb. Lakin hələ bunu törədənlərin kimliyi bilinmir və baş verənlərə görə heç kim məsuliyyət daşımır. Qəzet onu da qeyd edib ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var