Modern.az

Çanaqqala boğazı bağlandı - Yanğına görə...

Çanaqqala boğazı bağlandı - Yanğına görə...

Dünya

18 İyun 2024, 21:12

Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunda meşə yanğını baş verib. Bölgədə əsən küləyin təsiri ilə böyüyən yanğına qurudan və havadan müdaxilə edilir.

 

Modern.az xəbər verir ki, Çanaqqalanın Gelibolu yarımadasında yerləşən əkin sahəsində naməlum səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik ərazisinə yayılıb. Yanğın səbəbindən ətrafdakı bir çox yaşayış məntəqəsi üzərində qatı tüstü meydana gəlib.

 

Hadisə ilə bağlı Çanaqqala Valiliyindən açıqlama verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Çanaqqalanın Böyükanafarta kəndi boşaldılıb.

 

Hazırda həm havadan, həm də qurudan yanğına müdaxilə qrupları səfərbər edilib. Vətəndaşlara bölgədə diqqətli olmaları ilə bağlı xəbərdarlıq olunub.

 

Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var