Modern.az

İsrail Livanda döyüş planını təsdiqlədi

İsrail Livanda döyüş planını təsdiqlədi

Dünya

18 İyun 2024, 23:43

İsrail ordusu iyunun 18-də Livanda hücum üçün döyüş planlarını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

"Vəziyyətin qiymətləndirilməsi çərçivəsində Livanda hücum üçün hərbi planlar təsdiq edilib və yerlərdə qoşunların döyüş hazırlığının artırılmasının davam etdirilməsi barədə qərarlar qəbul edilib", - açıqlamada bildirilir.

 

İsrailin xarici işlər naziri Eli Koen isə genişmiqyaslı müharibə olacağı təqdirdə Livan Hizbullahının məhv ediləcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var