Modern.az

Qalmaqallı qanunla bağlı Konstitusiya Məhkəməsinə MÜRACİƏT

Qalmaqallı qanunla bağlı Konstitusiya Məhkəməsinə MÜRACİƏT

19 İyun 2024, 16:39

Xarici agentlər haqqında qanun barədə (Xarici təsirin şəffaflığı haqqında) Gürcüstan Konstitusiya Məhkəməsinə iddia bu ayın sonu və ya gələn ayın əvvəlində veriləcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gənc Hüquqşünaslar Assosiasiyasının rəhbəri Nona Kurdovanidze məlumat verib.

 

İddianı bir neçə qeyri-hökumət təşkilatı birgə hazırlayır. Daha sonra onlar Strasburq məhkəməsinə müraciət etməyi planlaşdırırlar.

 

İddia müəllifləri qanunun Konstitusiyaya zidd olduğunu iddia edirlər. Gürcüstan Konstitusiyasının 78-ci maddəsində deyilir: “Konstitusiya orqanları öz səlahiyyətləri daxilində Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidirlər”.

 

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bu gün bir daha bəyan edib ki, bu qanunun qəbulu Avropa İttifaqına qoşulmanın sonrakı prosesini “dondurub”.

 

Onun sözlərinə görə, bu, ötən ilin dekabrında Gürcüstana namizəd statusu verildikdən sonra tərtib edilmiş “9 addımdan” ən azı üçünə ziddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var