Modern.az

NATO 1000 hərbçi ilə təlim keçirir

NATO 1000 hərbçi ilə təlim keçirir

Dünya

19 İyun 2024, 18:52

NATO-nun 12 ölkəsindən minə yaxın hərbçi Polşanın Baltik sahillərində keçirilən təlimlərdə iştirak edir.

 

Modern.az xəbər verir ki, “EURETEX 24” taktiki təlimi iki ildən bir keçirilir.

 

Məlumata görə, iki həftəlik təlimdə Almaniya, İspaniya, Polşa, İtaliya, Rumıniya, Çexiya, Danimarka, Belçika, Macarıstan, Estoniya, Litva, ABŞ-dan olan əsgərlər iştirak edirlər.

 

Təlim zamanı hərbi qulluqçular hərbi mühəndislik, dalğıc, partlayıcı maddələrin zərərsizləşdirilməsi, kimyəvi və bioloji müdafiə, həmçinin meteorologiya və okeanoqrafiya kimi tapşırıqları yerinə yetirəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu