Modern.az

Mirzoyan KTMT iclasında iştirak etməyəcək

Mirzoyan KTMT iclasında iştirak etməyəcək

Dünya

19 İyun 2024, 20:22

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə bildirib.

 

Qeyd edək ki, KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası iyunun 21-də Almatıda keçiriləcək.

 

Bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakının “dondurulduğunu” elan etmişdi.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu