İyunun 20-də Ararat Mirzoyan Vilnüsə işgüzar səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Mirzoyanın Litvanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşləri nəzərdə tutulub.
Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı və anlaşma memorandumunun imzalanma mərasimi baş tutacaq