Modern.az

SEPAH terror təşkilatı kimi tanındı

SEPAH terror təşkilatı kimi tanındı

20 İyun 2024, 00:45

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ictimai təhlükəsizlik naziri Dominik Leblan deyib.

 

O bildirib ki, bununla bağlı qərar Kanada Cinayət Məcəlləsinə əsasən qəbul edilib.

 

Leblan izah edib ki, hakimiyyət Kanada kəşfiyyat xidmətlərinin tövsiyəsi, həmçinin xarici siyasət mülahizələri əsasında SEPAH-ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib.

 

Kanadanın Xarici İşlər Nazirliyi isə İrandakı bütün vətəndaşları mümkün qədər tez evlərinə qayıtmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal