Modern.az

Putinə ov iti hədiyyə etdi

Putinə ov iti hədiyyə etdi

20 İyun 2024, 08:50

Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki ov iti hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

 

Məlumata görə, hədiyyə edilən itlər Şimali Koreyanın nadir "Pungsan" cinsindəndir.

 

Kim Çen In həmçinin Vladimir Putini KXDR-in ən yüksək dövlət mükafatı - Kim İr Sen ordeni ilə təltif edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal