Modern.az

Həcdə ölən zəvvarların sayı 1000 nəfəri ÖTÜB

Həcdə ölən zəvvarların sayı 1000 nəfəri ÖTÜB

Dünya

20 İyun 2024, 13:48

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı min nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

Daha əvvəl 600 zəvvarın öldüyü barədə məlumat verilmişdi.

 

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.

 

Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.

 

Bu il təqribən 1 milyon 830 min zəvvar Həcc ziyarətinə gedib, onlardan 1,6 milyonu əcnəbidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI