Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi seçilib.
Modern.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Alyansın səfirləri Rutteni blokun yeni baş katibi vəzifəsinə təsdiqləyiblər.
O, bu postda Yens Stoltenberqi əvəzləyəcək.
Qeyd edək ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.
***
20.06.2024 / 17:24
Niderlandın baş naziri Mark Rutte NATO-nun növbəti baş katibi olacaq.
Modern.az xəbər verir ki, bunu "Politico" yazıb.
Alyansın 32 üzvü Ruttenin baş katib postuna namizədliyi ilə razılaşıb.
Çərşənbə axşamı Macarıstan və Slovakiya onun namizədliyini təsdiq etdikdən sonra, Rumıniya cümə axşamı Rutteni dəstəklədiyini təsdiqləyib və Rumıniya Prezidenti Klaus İohannis alyansın müttəfiqlərini xəbərdar edərək, NATO rəhbəri vəzifəsinə namizədliyini geri götürüb.