Modern.az

Boris Conson kitab yazdı

Boris Conson kitab yazdı

Dünya

20 İyun 2024, 21:17

Britaniyanın sabiq Baş naziri Boris Conson xatirələrinin əks olunacağı memuar kitabının oktyabrın 10-da işıq üzü görəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, “Unleashed” adlanan kitab Boris Consonun London meri olduğu vaxtdan tutmuş Brexit referendumundakı roluna və 2019-2022-ci illər arasında “Downing Street”dəki baş nazirlik dönəminə qədər bütün əsas məqamları əhatə edəcək.

 

Qeyd edək ki, bu ilin aprelində Boris Consonun varisi Liz Trassın “Qərbi xilas etmək üçün on il” adlı kitabı nəşr olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq