Modern.az

Tanınmış aktyor VƏFAT ETDİ 

Tanınmış aktyor VƏFAT ETDİ 

Dünya

20 İyun 2024, 23:19

Məşhur kanadalı aktyor Donald Sazerlend 89 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun oğlu aktyor Kifer Sazerlend sosial şəbəkədə məlumat yayıb.

 

O, atasının ölüm səbəbini açıqlamayıb.

 

Donald Sazerlend 17 iyul 1935-ci ildə Kanadanın Nyu-Brunsvik əyalətinin Sent Con şəhərində anadan olub. Mühəndislik və aktyorluq ixtisası üzrə iki diplom aldıqdan sonra 1956-cı ildə Böyük Britaniyaya yola düşüb. Orada Kral Dramatik İncəsənət Akademiyasında təhsil alıb və səhnədə çıxış edib.

 

Hündür boyu və gur səsinə görə ilk rolları qorxu filmlərində olub. Belə ki, o, 1964-cü ildə Ser Kristofer Li ilə birlikdə “Yaşayan ölülər qalası” və 1965-ci ildə “Doktor Terrorun Dəhşət Evi” filmlərində rol alıb. 

 

Sazerlend 60 illik aktyorluq fəaliyyəti ərzində 200-ə yaxın film və televiziya layihəsində rol alıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI