Modern.az

Mirzoyan Belarusun mühacir müxalifət lideri Tixanovskaya ilə görüşüb

Mirzoyan Belarusun mühacir müxalifət lideri Tixanovskaya ilə görüşüb

21 İyun 2024, 11:00

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Litvanın paytaxtı Vilnüsə səfəri çərçivəsində Belarusun mühacir müxalifət lideri, 2020-ci ildə keçirilmiş prezident seçkilərində bir sıra Qərb ölkələri tərəfindən qələbəsi tanınmış Svetlana Tixanovskaya ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb.

 

"Ermənistan və Belarus xalqları azad, demokratik və Avropalı gələcəyə layiqdirlər", - Svetlana Tixanovskaya qeyd edib.

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal