Modern.az

Koray Aydın İYİ Partiyadan istefa verdi - YENİLƏNİB

Koray Aydın İYİ Partiyadan istefa verdi - YENİLƏNİB

Dünya

27 İyun 2024, 17:35

Türkiyədə İYİ Partiyanın qurucularından olan Koray Aydın “Fikirlərimizə artıq ehtiyac olmadığı qənaətinə gəldim” deyərək partiyadan istefa verdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, siyasətçi X-də bununla bağlı paylaşım edib.

 

"İYİ Partiyadakı bütün bu çöküş və tənəzzül prosesi Akşenerin özünün rəhbərliyi və idarəçiliyi ilə baş verib. Təəssüflə belə qənaətə gəldim ki, varlığımız, fikirlərimiz, ideyalarımız və təkliflərə İYİ Partiyada artıq ehtiyac yoxdur. Sarayda keçirilən görüş (Akşener-Ərdoğan görüşü nəzərdə tutulur - red.) və ondan sonra baş verənlər bu qənaətə gəlməyimdə son damla oldu. Ona görə də mənim bu fikrim təxminən iki illik bir müddətə əsaslanan müəyyən bir yığılmanın nəticəsidir”, - o bildirib.

 

Təəssüflə partiyasından istefa verdiyini deyən Aydın Aydın yoluna müstəqil şəkildə davam edəcəyini qeyd edib.

 

 

***

21.06.2024 / 16:12

 

Türkiyədə İYİ Partiyanın qurucularından olan və təşkilatın formalaşmasında mühüm rol oynayan Koray Aydının partiyadan istefa verməyə hazırlaşdığı barədə məlumatlar yayılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultaydan sonra partiyasının toparlanma prosesinə girmədiyini düşünən Aydın bayramda bir çox partiya üzvü ilə fikirlərini bölüşüb.

 

Bildirilir ki, Meral Akşenerin rəhbərliyi ilə qurulan İYİ Partiyanın təşkilat şöbəsinin rəhbəri vəzifəsini icra edən və partiyanın təşkilatlanmasında mühüm rol oynayan Koray Aydın qurumdan ayrılmaq qərarına gəlib. Qurban bayramında partiyanın keçmiş və indiki vilayət və rayon sədrləri, keçmiş və indiki millət vəkilləri və partiyanın önəmli adları ilə görüşən Aydın bu görüşlərdə istefa qərarını dəyərləndirib.

 

Əldə edilən məlumata görə, Aydın partiya bazasının çıxılmaz vəziyyətdə olduğunu, indiki şəraitdə onun və yaxın adamlarının aktiv siyasətlə məşğul olmasının çətin olduğunu bildirib. O, Akşenerin prezident Ərdoğanla görüşünün narahatlıq yaratdığını və açıqlamalarına görə hazırkı rəhbərlikdən kifayət qədər dəstək ala bilmədiyini bildirib.

 

Aydının yaxın ətrafı qərarın onlarla hələ paylaşılmadığını, lakin gözləntinin onun istefaya getməsi olduğunu bildirir. Aydının istefa verdikdən sonra yeni partiya yaratmayacağı və müstəqil deputat kimi iqtidara qarşı daha fəal siyasət aparacağı bildirilir.

 

Koray Aydının İYİ Partiyadan ayrılacağı təqdirdə partiyada çoxlu istefaların ola biləcəyi proqnozlaşdırılır.

 

Qeyd edək ki, Aydın Milliyyətçi Hərəkat Partiyasında (MHP) olduğu dönəmdən bu çevrələrdə məşhur siyasətçilərdən biridir və funksionerlərdəndir. O, İYİ Partiyanın qurulması mərhələsində iştirak edib, Akşenerin partiya sədrliyindən istefasından sonra keçirilən qurultayda namizəd olub.

 

Aydın Akşenerin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla detalları ictimaiyyətə açıqlanmayan görüşünü sərt tənqid etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var