Modern.az

Erməni keşiş öz avtomobilini "Artsax" separatçılarına bağışladı

Erməni keşiş öz avtomobilini

Dünya

22 İyun 2024, 09:02

Ermənistandakı etiraz aksiyalarının lideri keşiş Baqrat Srbazan Azərbaycanla sərhəddəki Kirants kəndindən İrəvana qayıdıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keşiş dərhal İrəvandakı qondarma “Artsax nümayəndəliyi”nə baş çəkib.

Burada o, Qarabağdan qovulmuş “Artsax prezidenti” Samvel Şahramanyan və qondarma “Artsax deputatları” ilə görüşüb.

Görüş zamanı Baqrat Srbazan öz avtomobilini “Artsax nümayəndəliyi”nə bağışlamaq istədiyini bildirib.
 

Xatırladaq ki, ötən gün DİN-in xüsusi təyinatlıları “Artsax nümayəndəliyi”nə gedərək, Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər. Onun özü isə istintaqa cəlb olunub.

“Mən hadisəni yeni öyrəndim. Xalqımıza xidmət etmək üçün sizə maşınımı vermək istəyirəm”, - deyə Baqrat Srbazan avtomobilinin açarlarını Şahramanyana təqdim edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var