Modern.az

Dağıstanda silahlı hücumlar - Ölənlərin sayı artdı

Dağıstanda silahlı hücumlar - Ölənlərin sayı artdı

Dünya

23 İyun 2024, 22:59

Mahaçqala və Dərbənddə yaraqlıların hücumları nəticəsində 9 nəfər ölüb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Dağıstan Respublikası Müftiliyi teleqram kanalında bildirib.

 

Daha 25 nəfərin xəsarət aldığı qeyd edilib.

 

“Qəddarlıqla törədilən terror aktlarının qurbanları hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və adi vətəndaşlar olub”, - məlumatda deyilir.

 

Müftilik həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Sizinlə birlikdə yas tutur və Uca Yaradandan səbir diləyirik”.

 

***

21:39

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən RİA Novosti-yə bildirilib.

 

"İnterfaks"ın məlumatına görə, 23 yaralı var. Teleqram kanallarında ölənlərin və yaralananların daha çox olduğu bildirilir. Dərbənd və Mahaçqalada yenidən atışma başlayıb.

 

Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib. 

 

***

21:12

Dağıstanda silahlı şəxslər yol polisini atəşə tutub.

 

Modern.az xəbər verir ki, hadisə Mahaçqalada baş verib.

 

Bundan başqa naməlum şəxslər Dərbənddə pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər. Hücum zamanı pravoslav keşiş və bir polis öldürülüb, bir nəfər isə yaralanıb. Mahaçqalada bir polis əməkdaşı həlak olub, daha altı polis əməkdaşı yaralanıb.

 

Dağıstan Daxili İşlər Nazirliyi Mahaçqalada yol polisi postuna basqın edən iki şəxsin öldürüldüyünü açıqlayıb. 

 

Rusiya İstintaq Komitəsi hadisəni terror aktı kimi qiymətləndirib və cinayət işi açıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi