Modern.az

Ermənistanda etirazçılar İrəvana gedən magistral yolu BAĞLADI

Ermənistanda etirazçılar İrəvana gedən magistral yolu BAĞLADI

Dünya

24 İyun 2024, 11:24

Ermənistanda Vardenut kəndinin sakinləri yenidən magistral yolu bağlayıblar.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu dəfə onlar Aparan-İrəvan yolunu qapadıblar.

 

Buna səbəb kimi qeyd olunur ki, hökumət bir neçə kəndin torpaqlarını müstəsna ictimai maraq zonası kimi tanıyıb və xizək kurortunun tikintisi üçün onları özəl şirkətə vermək niyyətində olduğunu bəyan edib.

 

Hələlik proses davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda seçki başladı- Azərbaycanlı prezident olacaq?