Modern.az

Misirdə antik dövrə aid 33 qəbir aşkarlanıb

Misirdə antik dövrə aid 33 qəbir aşkarlanıb

Dünya

25 İyun 2024, 08:15

Misirin Əsvan regionunda qədim dövrə aid 33 ailəvi qəbir aşkar edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Misir-İtaliya birgə arxeoloji missiyasının tapdığı qəbirlər eradan əvvəl 712-332-ci illərə aiddir. Qəbirlərdəki mumiya qalıqları həmin dövrdəki xəstəliklər barədə dolğun məlumat əldə etməyə imkan verəcək. arxeoloji missiyanın İtaliya tərəfindən rəhbəri, Milan Universitetinin professoru Patrisiya Pyasentini bildirib ki, “bəzi mumiyalarda anemiya, pis qidalanma, vərəm, osteoporoz və ağciyər xəstəliklərinin əlamətləri aşkar edilib”.

 

Qeyd edək ki, Misir-İtaliya birgə arxeoloji missiyasının 2018-ci ildən bəri Əsvanda qazıntı aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?