Modern.az

Culian Assanc həbsdən azad edilib

Culian Assanc həbsdən azad edilib

Dünya

25 İyun 2024, 09:15

WikiLeaks-in qurucusu Culian Assanc Böyük Britaniyada həbsdən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.

O, ölkəni təyyarə ilə tərk edib. Assanc indi evinə Avstraliyaya yollanır.

WikiLeaks qeyd edib ki, jurnalist Belmarş yüksək rejimli həbsxananın divarları arasında 1901 gün keçirdikdən sonra onu tərk edib. Açıqlamada deyilir: “Beş ildən çox müddətə iki-üç metrlik kamerada gündə 23 saat təcrid olunmuş vəziyyətdə qaldıqdan sonra o, tezliklə həyat yoldaşı Stella Assanc və atalarını dəmir barmaqlıqlar arxasında görən uşaqları ilə qovuşacaq” .

Azadlığa çıxmasına bir neçə saat qalmış məlum olub ki, WikiLeaks-in yaradıcısı ABŞ prokurorluğu ilə təqsirini qismən etiraf edə biləcəyi sövdələşməyə hazırlaşır. Çox güman ki, Assancın bu şərtlə razılaşması onun azadlığa buraxılmasına imkan verib. ABŞ prokuroru Şon Andersonun imzaladığı sənəddə deyilir: “Biz müttəhimin ABŞ-ın milli müdafiəsi ilə bağlı məxfi məlumatları qanunsuz əldə etmək və yaymaq üçün sui-qəsddə təqsirli bilinməsini gözləyirik”.

Xatırladaq ki, WikiLeaks saytının qurucusu, avstraliyalı Culian Assanc böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və casus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!