Modern.az

Ermənistanda hərbi xidmət haqqında qanuna dəyişikliklər edilir

Ermənistanda hərbi xidmət haqqında qanuna dəyişikliklər edilir

Dünya

25 İyun 2024, 12:35

Ermənistan parlamentinin Müdafiə Komissiyası “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, dəyişikliklərə parlamentin iclasında daha sonra baxılacaq.

 

Dəyişikliklərə əsasən, qardaşlardan birinin nə qədər xidmət etməsindən asılı olmayaraq bir hərbi hissədə iki qardaşın birgə xidmətinə icazə verilir.

 

Bundan başqa, xidməti mənzillər məsələsi ilə bağlı bəzi dəyişikliklər də layihədə əksini tapıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi