Modern.az

Overçuk Paşinyanın siyasətini tənqid etdi - Nəticələri olacaq...

Overçuk Paşinyanın siyasətini tənqid etdi - Nəticələri olacaq...

Dünya

25 İyun 2024, 16:22

"Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı bir araya sığmır, Ermənistana regiondankənar oyunçuların gəlməsinin nəticələri olacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

 

“Bunu başa düşmək lazımdır ki, biz burada sabit Ermənistan, yaxşı ticarət əlaqələri, yaxşı qardaşlıq münasibətləri ilə maraqlanırıq. Rusiya Ermənistanın şimalında son fəlakət nəticəsində zədələnmiş dəmir yolunu rekord müddətdə bərpa edib.

 

İndi bu işlər davam edir, gücləndirmə işləri aparılır, lakin nəqliyyatın hərəkəti, o cümlədən sərnişin daşınması bərpa olunub", - o qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?