Modern.az

Dağıstandakı terror ölənlərin sayına görə son 15 ilin ən böyük HADİSƏSİDİR

Dağıstandakı terror ölənlərin sayına görə son 15 ilin ən böyük HADİSƏSİDİR

Dünya

25 İyun 2024, 17:42

RF Dağıstanda baş verən terror aktı ən azı son 15 ildə öldürülən polislərin sayına görə ən böyük terror aktıdır.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Vyorstka" layihəsi araşdırma aparıb.

 

İyunun 23-ü axşam saatlarında Mahaçqala və Dərbənddə baş verən atışma nəticəsində 16-sı polis olmaqla 25 nəfər ölüb. Bu, 2010-cu ildən bəri polis əməkdaşları arasında qurbanların sayına görə ən böyük terror aktıdır.

 

Belə ki, 2010-cu il martın 31-də Kizlyarda iki partlayış baş vermişdi, onlardan biri kamikadzenin iştirakı ilə olmuşdu. Nəticədə 9 polis və bir müstəntiq ölüb.

 

2010-cu ilin avqustunda Doku Umarovdan ayrılan silahlılar Kadırovların ata-baba kəndi olan Tsentaroya hücum ediblər. Bu hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

 

2012-ci ilin mayında Dağıstanda "ikiqat" terror aktı baş vermişdi. Mahaçqalada polis postunda baş verən iki partlayış nəticəsində 7 polis ölüb.

 

Ölən polislərin sayına görə ən ölümcül (2010-cu ildən bəri) terror aktı 2014-cü ilin dekabrında silahlıların Qroznıya hücumu olub. Çeçenistan hakimiyyətinin məlumatına görə, o zaman 14 polis əməkdaşı öldürülüb.

 

Dağıstandakı terror hücumu polis əməkdaşları arasında və daha uzun müddət ərzində qurbanların sayına görə ən böyüyü ola bilər, çünki 2010-cu ildən əvvəlki bəzi hücumlar üçün qurbanlar haqqında ətraflı məlumat yoxdur.

 

2004-cü ildə Beslandakı 1 nömrəli məktəbin mühasirəsi - itkilərə görə Rusiya tarixində ən böyük terror aktı - ən azı 15 polis əməkdaşının həyatına son qoyub.

 

2009-cu ildə Nazran rayon polis şöbəsinə edilən hücumda isə azı 25 nəfər həlak olub, onlardan neçəsinin polis olduğu məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?