Modern.az

Səadət Partiyası növbədənkənar qurultayını LƏĞV ETDİ

Səadət Partiyası növbədənkənar qurultayını LƏĞV ETDİ

Dünya

27 İyun 2024, 09:44

Türkiyədə müxalif Səadət Partiyası 30 iyun tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar qurultayını ləğv edib.

 

Modern.az xəbər verir ki, partiyanın rəsmi X səhifəsində bununla bağlı sədr Temel Karamollaoğlunun imzaladığı qərar paylaşılıb.

 

Qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb və "görülən lüzum üzərinə" ifadələrindən istifadə olunub. Belə ki, növbədənkənar qurultay əvəzinə noyabrda keçirilməli olan növbəti qurultayın baş tutacağı bildirilib.

 

Qeyd edək ki, sağ-mühafizəkar siyasi qüvvə olan Səadət Partiyası 2023-cü ilin mayında keçirilən prezident və parlament seçkilərində müxalifətin ovaxtkı Millət İttifaqı çərçivəsində iştirak etmişdi. Bu ilin martında keçirilən bələdiyyə seçkilərində ayrı-ayrı bölgələrdə digər müxalifət partiyaları ilə əməkdaşlıq edən Səadət Partiyası əsasən müstəqil qaydada mübarizə aparmışdı.

 

Partiyanın sədri Temel Karamollaoğlu sağlamlıq vəziyyəti səbəbindən növbədənkənar qurultaya gediləcəyini və yeni sədr seçiləcəyini açıqlamışdı. 30 iyuna təyin olunan seçkilərdə 3 namizəd yarışmalı idi. Bunlar Karamollaoğlunun dəstəklədiyi Mahmut Arıkan, partiyanın sözçüsü Birol Aydın və partiyadaxili müxalifətin namizədi Selman Esmerer idi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?