Modern.az

Almaniyadan 3-cü ölkələr vasitəsilə Rusiyaya lüks maşınların satışı ARAŞDIRILIR

Almaniyadan 3-cü ölkələr vasitəsilə Rusiyaya lüks maşınların satışı ARAŞDIRILIR

Dünya

27 İyun 2024, 16:17

Almaniya üçüncü ölkələr vasitəsilə Rusiyaya bahalı avtomobillərin tədarükü ilə bağlı araşdırma aparır.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Reynland-Pfalts federal əyalətində bir neçə avtomobil satıcısının ofisində axtarış aparılıb.

 

Prokurorluq onları Rusiyaya bahalı avtomobillərin satışı ilə bağlı sanksiyaları pozmaqda şübhəli bilir. Müstəntiqlərin fikrincə, şübhəlilər avtomobillərin Belarus, Qazaxıstan, Qırğızıstan və digər ölkələrə ixrac edildiyi barədə məlumat verərək Almaniya hakimiyyətini çaşdırıblar. Əslində, prokurorluq hesab edir ki, maşınlar Rusiyaya satılıb.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları 190 avtomobilin satışı ilə bağlı araşdırma aparır. Prokurorluğun məlumatına görə, axtarışlar zamanı “geniş sübutlar” əldə edilib və 4,5 milyon avrodan çox dəyərində hesablar ələ keçirilib.

 

2022-ci ilin martında Aİ Rusiyaya dəbdəbəli malların satışını qadağan edib. Sanksiyalara qiyməti 50 min avrodan çox olan avtomobillər də daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?