Modern.az

İnterpol qlobal əməliyyat keçirib: 61 ölkədə 4 min kiber fırıldaqçı saxlanılıb

İnterpol qlobal əməliyyat keçirib: 61 ölkədə 4 min kiber fırıldaqçı saxlanılıb

Dünya

28 İyun 2024, 10:47

İnterpolun genişmiqyaslı əməliyyatı nəticəsində onlayn dələduzluqda şübhəli bilinən 4 minə yaxın şəxsi polis saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə qurumun yaydığı kommünikedə deyilir.


Rəsmi məlumata görə, kiber fırıldaqçılıqla mübarizə üzrə qlobal əməliyyat 61 ölkədə həyata keçirilib, “257 milyon dollar müsafdirə olunub və 3950 şübhəli saxlanılıb”, - İnterpol bəyan edib.

İnterpolun məlumatına görə, onlayn fırıldaqçılarla mübarizə əməliyyatı 2023-cü ildə başlayıb və bu ilin mayında başa çatıb. Polis investisiya dələduzluğu ilə məşğul olan və saxta onlayn alış-veriş saytları yaradan cinayətkarları müəyyən edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?