Modern.az

Seçkidən asılı olmayaraq İrəvanla münasibətlərimiz möhkəmlənəcək - İran səfiri

Seçkidən asılı olmayaraq İrəvanla münasibətlərimiz möhkəmlənəcək - İran səfiri

28 İyun 2024, 10:54

"Əminəm ki, İranda prezident seçkilərinin nəticələri Ermənistanla münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İrəvandakı İran səfiri Mehdi Sobhani bildirib.

 

O, səfirlikdə yaradılmış seçki məntəqəsində növbədənkənar prezident seçkiləri üçün səs verib. Ermənistanda İrandakı seçkilərlə bağlı iki seçki məntəqəsi açılıb. Biri səfirlikdə, digəri isə Göy məsciddə.

 

“Biz ərazi bütövlüyünə hörmət edirik və İranda və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, hər hansı tanınmış sərhəd dəyişikliyinə, istənilən geosiyasi dəyişikliyə qarşıyıq”, - İran səfiri belə deyib.


"İran Ermənistanın Fələstin dövlətini tanımasını və Fələstin xalqına yardımını alqışlayır. Ermənistanın atdığı bu cəsarətli addım beynəlxalq ictimaiyyətin Fələstin xalqının hüquqlarına əhəmiyyət verdiyini və bu hüquqların pozulmasına qarşı olduğunu nümayiş etdirir... Fələstini və xalqını dəstəkləyən ölkələr həqiqətin tərəfindədir", - Sobhani Ermənistanı tərifləyib.

 

"İran və Ermənistan arasında istənilən əməkdaşlıq forması, o cümlədən təhlükəsizlik sahəsində - Ermənistan hökumətinin özündən asılıdır. Biz qarşılıqlı təsəvvürlərə əsaslanaraq əməkdaşlığa hazır olduğumuzu bildirdik. Ermənistanla istənilən səviyyədə qarşılıqlı əlaqə mümkündür, lakin bu, qarşılıqlı razılaşmalar əsasında olmalıdır", - iranlı diplomat söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?