Modern.az

Monqolustanda parlament seçkiləri KEÇİRİLİR

Monqolustanda parlament seçkiləri KEÇİRİLİR

Dünya

28 İyun 2024, 11:22

Monqolustanda Dövlət Böyük Xuralına (parlament) seçkilərdə səsvermə rəsmən başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Monqolustanın rəsmi xəbər agentliyi (MONTSAME) məlumat yayıb.

 

Monqolustan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 2,2 milyondan çox vətəndaş 2198 seçki məntəqəsinə gedə biləcək.

 

Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan 22:00-a qədər açıq olacaq.

 

Builki parlament seçkilərində 19 siyasi partiya və iki blokdan ümumilikdə 1341 namizəd, həmçinin 42  bitərəfin namizədliyi irəli sürülüb. Tarixdə ilk dəfə olaraq 519 qadın namizəd Dövlət Böyük Xuralında yerlərin 30%-i uğrunda mübarizə aparır.

 

Seçkilər qarışıq seçki sistemi tətbiq edən və parlamentdəki yerlərin sayını 76-dan 126-ya qaldıran yeni qanun əsasında keçirilir. Onlardan 78 nəfər birmandatlı dairələr üzrə, qalan 48 nəfər isə partiya siyahıları üzrə proporsional qaydada seçiləcək.

 

Seçkilər yalnız seçicilərin 50%-nin iştirakı olduqda etibarlı sayılır. Monqolustan vətəndaşları 18 yaşından səsvermə, 25 yaşından isə namizədliyini irəli sürmək hüququna malikdir.

 

Xatırladaq ki, Monqolustanda sonuncu parlament seçkiləri 2020-ci ilin iyununda keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?