Modern.az

Zelenski ABŞ-dakı NATO sammitindən əvvəl Polşaya GEDƏCƏK

Zelenski ABŞ-dakı NATO sammitindən əvvəl Polşaya GEDƏCƏK

28 İyun 2024, 11:33

Ukrayna prezidenti Volodimir Zelenskinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl Varşavaya səfəri planlaşdırılır.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədə yazıb.

 

“Prezident Zelenski ilə NATO sammitindən əvvəl Varşavada danışmağa razılaşdıq”, - o qeyd edib.


Polşa Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın ən sadiq dəstəkçilərindən biri olaraq qalır. Bundan əlavə, genişmiqyaslı işğalın başlamasından sonra Polşa hakimiyyəti Ukraynadan 1 milyona yaxın qaçqını qəbul edib.

 

Eyni zamanda, Estoniya və Litvanın hakimiyyət orqanları Kiyevə geniş dəstəyini elan ediblər. Baltikyanı ölkələr Ukrayna ilə uzunmüddətli hərbi dəstək haqqında müqavilə bağlayıb. Estoniyanın baş naziri Kaya Kallas və Litva prezidenti Gitanas Nauseda Zelenski ilə ikitərəfli sazişlər imzalayıblar. Hər iki ölkə Ukraynanı “10 il ərzində siyasi, hərbi və iqtisadi” sahələrdə dəstəkləməyə söz verib.

 

Bu o deməkdir ki, indi bütün Baltikyanı ölkələr belə öhdəliklər götürüb. Latviya hakimiyyəti hələ aprel ayında müvafiq saziş imzalayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?