Modern.az

Peruda 7,2 bal gücündə zəlzələ

Peruda 7,2 bal gücündə zəlzələ

28 İyun 2024, 11:36

Bu gün Perunun mərkəzi sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bəzi sahil xətlərində sunami təhlükəsi yaranıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.

 

İtki və dağıntılar barədə məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?