Modern.az

Hindistan erməni tələbələrə təqaüd verir - Ermənistan səfiri

Hindistan erməni tələbələrə təqaüd verir - Ermənistan səfiri

Dünya

28 İyun 2024, 14:44

"Son illər Ermənistan-Hindistan münasibətləri sürətlə inkişaf edib".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Vahaqn Afyan “Armenpress”ə müsahibəsində bildirib.

 

İkitərəfli iqtisadi əlaqələrdən danışan erməni diplomatın sözlərinə görə, son bir ildə 2018-2019-cu illərlə müqayisədə Ermənistan və Hindistan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb: "Ötən il bu rəqəm 358,6 milyon dollar təşkil edib, lakin iki ölkə arasında ixrac-idxal mallarına tələbat və qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi üçün nəzərdə tutulan addımlar nəzərə alınmaqla qeyd etmək lazımdır ki, reallaşdırılmamış böyük potensial var. Turizm Hindistanla münasibətlərdə də perspektivli sahələrdən biri kimi görünür".

 

Erməni səfir mədəniyyət və təhsil sahəsində əməkdaşlıqdan da danışıb: "Kino istehsalı da xalqlar arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verə biləcək digər sahədir Ermənistanda təhsil alan Hindistan vətəndaşlarının sayı ildən-ilə artır. Hindistanın bəzi aparıcı universitetləri, o cümlədən Dehlidəki Cavaharlal Nehru Universiteti erməni tələbələrə təqaüd verir və bir neçə tələbə hazırda Hindistanın müxtəlif ştatlarının universitetlərində təhsil alır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?