Modern.az

Bu il ətraflı sülh planı hazır olacaq - ZELENSKİ

Bu il ətraflı sülh planı hazır olacaq - ZELENSKİ

Dünya

28 İyun 2024, 16:16

"Bu il ətraflı sülh planı hazır olacaq".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Sloveniya prezidenti Nataşa Pirc Musarla keçirdiyi mətbuat konfransında deyib.

 

Dövlət başçısı əlavə edib ki, paralel olaraq Ukrayna döyüş meydanında güclü olmaq üçün silah istehsalını inkişaf etdirəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?