Modern.az

Tərəfdaşlar Ukraynaya hər il 60 milyardlıq hərbi dəstək verməyi planlaşdırır

Tərəfdaşlar Ukraynaya hər il 60 milyardlıq hərbi dəstək verməyi planlaşdırır

Dünya

28 İyun 2024, 17:36

"Növbəti 4 il ərzində beynəlxalq tərəfdaşlar Ukraynaya hər il 60 milyard dollar məbləğində ümumi hərbi dəstək verməyi planlaşdırırlar".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

 

Baş nazir hökumətin iclası zamanı bildirib ki, Ukrayna artıq müttəfiqləri ilə, xüsusən də Avropa İttifaqı və ABŞ ilə 20 təhlükəsizlik sazişi imzalayıb.

 

O əlavə edib ki, bu il ölkə Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə etdiyi mənfəət hesabına müttəfiqlərindən əlavə 50 milyard dollar alacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?