Modern.az

Ermənistan NATO-nun sammitində iştirak edəcək 

Ermənistan NATO-nun sammitində iştirak edəcək 

Dünya

28 İyun 2024, 22:40

Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

 

“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və hazırda iştirakını təsdiqləyib”, - deyə A.Badalyan bildirib.

 

Qeyd edək ki, NATO-nun yubiley sammiti 1949-cu ildə Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?