Modern.az

Seçki qutularını daşıyan maşına silahlı hücum - Ölən və yaralılar var

Seçki qutularını daşıyan maşına silahlı hücum - Ölən və yaralılar var

Dünya

29 İyun 2024, 04:31

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Rask rayonunda seçki qutularını daşıyan mikroavtobusa silahlı hücum nəticəsində 2 polis ölüb, 5 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

Məlumata görə, hadisə naməlum yaraqlılar tərəfindən törədilib.

 

Qeyd edək ki, ötən gün (28 iyun) İranda prezident seçkiləri keçirilib. Yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti saat 00:00-dək davam edib. Səsvermə bitdikdən sonra səslərin sayılmasına başlanıb.


İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?