Modern.az

Putin Ermənistana görə Narışkini danladı: "Düşmənlərimizlə otururlar..."

Putin Ermənistana görə Narışkini danladı:

Dünya

29 İyun 2024, 14:30

Rusiya Prezidenti Vladimir Putin Ermənistan ətrafında yaranmış vəziyyətə görə Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkini təxminən 10 dəqiqə danlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlə yaxın teleqram kanalları məlumat yayıb 

 

Buna səbəb Qərb ölkələrinin Ermənistanla yaxınlaşması olub.

 

Kanal qeyd edir ki, İrəvan iyulda baş tutacaq NATO sammitinə öz nümayəndə heyətini Vaşinqtona göndərəcəyini təsdiqləyib.

 

Putin bildirib ki, Xarici Kəşfiyyat Xidməti Qafqazda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmir. Putinin fikrincə, bu, Narışkinin şəxsi günahıdır.

 

Müzakirə zamanı Xarici Kəşfiyyat Xidmətinin rəisi NATO sammitinin əhəmiyyətsiz bir hadisə olduğunu izah etməyə çalışıb.

 

“Amma indi Ermənistan bizim düşmənlərimizlə masa arxasında oturub, bu, faktiki olaraq bizim şş düşmənimizdir”, - Putin belə cavab verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?