Modern.az

İranda seçkilər - Təxribat və kiberhücum cəhdləri

İranda seçkilər - Təxribat və kiberhücum cəhdləri

Dünya

30 İyun 2024, 09:34

İranda keçirilən prezident seçkiləri zamanı ən azı 20 təxribat və çoxsaylı kiberhücumların qarşısı alınıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bildirib.

 

Onun sözlərinə görə, seçkilərin birinci turu zamanı çoxsaylı kiberhücumlar da dəf edilib:

 

“Düşmən və onun ölkə daxilindəki agentləri fiber-optik rabitə xətlərini kəsərək seçki prosesini pozmağa çox cəhdlər ediblər, 20-yə yaxın təxribat aktı qeydə alınıb. Onlardan 9-u rabitənin kəsilməsinə səbəb olub. Bütün problemlər ən qısa müddətdə dərhal aradan qaldırılıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?