Modern.az

Fransada seçki məntəqəsinin sədrinə HÜCUM

Fransada seçki məntəqəsinin sədrinə HÜCUM

Dünya

30 İyun 2024, 15:50

Fransanın cənubunda parlament seçkilərinin birinci turunda səsvermə başlamazdan əvvəl seçki məntəqəsinin sədrinə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nitsa şəhərinin meri Kristian Estrosi "X" sosial şəbəkəsində yazıb.

 

“Bomet məktəbindəki seçki məntəqəsinin sədrinə Respublikaçılar Partiyasının lideri Erik Skiotti tərəfindən təyin edilmiş müşahidəçinin hücumunu şiddətli şəkildə qınayıram”, - mer qeyd edib.

 

“Nitsa-Matin” qəzetinə görə, müşahidəçi seçki komissiyasının tərkibinə etiraz edib. Erik Skiotti müşahidəçinin zorakılığını pisləyib və onun davranışını “açıq-aşkar yersiz” adlandırıb.

 

Müşahidəçi polis tərəfindən saxlanılıb.

 

İyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ