Modern.az

Almaniyadan silah ixracı 30 % ARTIB

Almaniyadan silah ixracı 30 % ARTIB

Dünya

30 İyun 2024, 16:17

2024-cü ilin birinci yarısında Almaniyadan silah ixracının həcmi, o cümlədən Ukraynaya davam edən tədarüklər nəzərə alınmaqla əhəmiyyətli dərəcədə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən bildirib.

 

Hesabata görə, yanvarın 1-dən iyunun 18-dək federal hökumət azı 7,48 milyard avro dəyərində hərbi ixraca icazə verib ki, bunun da üçdə ikisi (65 %-i və ya 4,88 milyard avrosu) Ukrayna üçün nəzərdə tutulub.

 

2023-cü ilin birinci yarısı ilə müqayisədə bu göstəricinin artımı 30 %-dən çox olub.

 

Səudiyyə Ərəbistanı uzun müddət ərzində ilk dəfə olaraq yenidən 132,48 milyon avro dəyərində malların ixrac ediləcəyi beş əsas idxalçı ölkə arasında yer alıb. Digər ən çox alıcılar arasında Sinqapur (1,21 milyard avro), Hindistan (153,75 milyon avro) və Qətər (100 milyon avro) var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ