Modern.az

İzmirdə qaz partlayışı: 5 nəfər ölüb, 63 nəfər yaralanıb - YENİLƏNİB

İzmirdə qaz partlayışı: 5 nəfər ölüb, 63 nəfər yaralanıb - YENİLƏNİB

Dünya

30 İyun 2024, 18:23

Türkiyənin İzmir şəhərininin Torbalı rayonunda restoranda baş verən partlayış nəticəsində 5 nəfər ölüb.

 

Modern.az ”Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı daha 63 nəfər yaralanıb.

 

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Polis partlayışın baş verdiyi restoranın qarşısında təhlükəsizlik tədbirləri görüb.

 

Partlayış nəticəsində ətrafdakı 11 binaya da ziyan dəyib.

 

***

17:30

 

Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtində bir binada təbii qaz partlayışı baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

 

Torbalı Bələdiyyə Başçısı Övünç Dəmirin verdiyi son məlumata görə, partlayış nəticəsində 4 nəfər həyatını itirib.

 

Məlumata görə, yerli vaxtla saat 15:00 radələrində Ayrancılar məhəlləsi Barış Manço küçəsində yerləşən çörək sexində partlayış olub. Təbii qazın səbəb olduğu bildirilən partlayışda çox sayda insan yaralanıb. Xəbər üzərinə jandarma, sağlamlıq, xilasetmə və bağışlayan qruplar ünvana sövq edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ