Modern.az

5.2 bal gücündə ZƏLZƏLƏ

5.2 bal gücündə ZƏLZƏLƏ

Dünya

1 İyul 2024, 00:04

İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri təxminən 247 min insanın yaşadığı Tasikmalaya şəhərindən 271 km cənubda, ocağı 25 km dərinlikdə yerləşib.

 

Dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ