Modern.az

İranda seçkilərin 2-ci turuna çıxan hər iki namizədin azərbaycanlı qarışığı var?

İranda seçkilərin 2-ci turuna çıxan hər iki namizədin azərbaycanlı qarışığı var?

Dünya

1 İyul 2024, 11:13

Xəbər verdiyimiz kimi, iyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilib.

İran seçki komissiyasının nümayəndəsi Möhsün Eslami bildirib, seçkilərdə heç bir namizəd lazımi qədər səs yığa bilmədiyindən, 2-ci tur keçiriləcək.

Seçkilərin birini turunun yekun nəticələrə əsasən, 482 şəhərin 58640 seçki məntəqəsinin bülletenləri hesablanıb, 24535185 səs qeydə alınıb.

Məsud Pezeşkian 10415991, Səid Cəlili 9473298, Məhəmməd Baqer Qalibaf 3383340, Mustafa Purməhəmmədi 206397 səs toplayıb.

Ölkə qanunvericiliyinə görə, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədikdə, seçkinin ikinci turu keçirilir.

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də baş tutacaq.

İkinci turda Səid Cəlili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) mübarizə aparacaq.

Səid Cəlili mühafizəkarları, Məsud Pezeşkian islahatçıları təmsil edir.

Modern.az xəbər verir ki, bəiz xarici KİV-lərdə dərc olunan məlumatlarda seçkilərin 2-ci turuna çıxan hər iki namizədin azərbaycanlı köklərinin olduğuna diqqət çəkilib. Bu məlumatlarda qeyd edilib ki, Məsud Pezeşkian ata tərəfdən azərbaycanlıdır, Səid Cəlili isə ana tərəfdən.

Qeyd edək ki, Məsud Pezeşkianın ata tərəfdən azərbaycanlı olduğu, onun hətta azərbaycanca təmiz danışdığı daha əvvəllər də mətbuatda tirajlanıb, videogörüntülər yayılıb. Onun özü də bu haqda açıqlamalar verib və evdə ailəsilə Azərbaycan dilində danışdığını vurğulayıb.

Səid Cəlilinin isə anasının əslən Ərdəbil bölgəsindən olduğu bildirilir. Cəlilinin özünün azərbaycanlı qarışığı olduğuna dair hər hansı açıqlamasına rast gəlinməyib.

A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ