Modern.az

Terrorçulardan təmizlənən bölgələrdə möhtəşəm festival - FOTO

Terrorçulardan təmizlənən bölgələrdə möhtəşəm festival - FOTO

Dünya

1 İyul 2024, 13:04

Türkiyənin Hakkari vilayətinin İraqın şimalı sərhədində yerləşən Çukurca rayonunda möhtəşəm təbiət festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, terrorçulardan təmizlənən bölgədə keçirilən festivalda təbiətsevərlər, fotoqraflar və ekstremal idmançılar iştirak ediblər. 

 

Raftinqdən dağ velosipedinə, yolsuzluq yarışlarından paraşütlə tullanmaya qədər bir çox sahədə idmançıların qatıldığı 5-ci Beynəlxalq Foto-Safari və Təbiət İdmanları Festivalına Rusiyanın məşhur alpinisti, “Qar bəbiri” ləqəbli Roman Abildayev də qatılıb. 

 

Abildayev 20 ildir bir çox fərqli ölkədə dırmanma ilə məşğul olduğunu və Türkiyənin indi tamamilə təhlükəsiz vəziyyətə gətirdiyi bölgənin beynəlxalq idmançılar və alpinistlər üçün fövqəladə imkanlar təqdim etdiyini bildirib.

 

“Buranın təbii gözəllikləri inanılmazdır. Təbiət idmanlarını istənilən yerdə təhlükəsiz və rahat şəkildə edə bilərik. Mən xüsusilə başlanğıc və orta səviyyəli alpinistlərə Çukurcaya gəlməyi tövsiyə edirəm”, - o qeyd edib.

 

Hakkari valisi Əli Çelik bildirib ki, bölgənin hər kvadrat metri artıq tam təhlükəsizdir. 

 

"Biz azərbaycanlı qardaşlarımızı və qonşularımızı şəhərimizə xüsusilə salamlayırıq”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ